İnter son yoxlama matçında Atırau ilə heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində dördüncü, eyni zamanda sonuncu yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Zaur Svanadze komandasını Qazaxıstan "Atırau"su ilə görüşdə sınaqdan keçirib.
Qarşılaşmada qapılara qol vurulmayıb. Nəticədə, "İnter" son sınaq matçından sülhlə ayrılıb.
Xatırladaq ki, paytaxt təmsilçisi daha öncə Almaniyanın "Verder" klubunun əsas və əvəzedici heyətinə oxşar hesabla (0:1), Slovakiyanın "Slovan" komandasına isə 0:2 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
23 yanvar
"İnter" - "Atırau" - 0:0
"İnter": Georgi Lomaya, Laşa Salukvadze, Zurab Xizanişvili, Denis Silva, Ruslan Əmircanov, İlkin Qırtımov, Nika Kvekveskiri, Elnur Abdullayev, Vüqar Nadirov, Nizami Hacıyev, Qara Qarayev.
