23 yanvar 2016 18:55
Neftçi Kəpəzə qalib gəldi
Bu gün "Neftçi" və "Kəpəz" klubları yoxlama oyununda üz-üzə gəliblər. Azerisport.az xəbər verir ki, paytaxt və Gəncə klubları Bakıda qarşılaşıblar.
"Bakcell Arena"da baş tutan görüş "ağ-qaralar" üçün uğurlu alınıb. "Neftçi" bu görüşdə 2:1 hesablı qələbəyə sevinib.
Yoxlama oyunu
23 yanvar
"Neftçi" - "Kəpəz" - 2:1 (0:0)
Qollar: Ruslan Qurbanov, 61 (1:0). Ruslan Qurbanov, 72 (2:0). Vladimir Korobka, 74 (2:1).
"Neftçi"nin start heyəti: Kamran İbrahimov, Kamal Qurbanov, Elvin Bədəlov, Anton Krivotsyuk, Erik Ramos, Kaue, Təyyar Məmmədov, Cavid İmamverdiyev, Anyete, Aylton, Ruslan Qurbanov.
Ehtiyat oyunçular: Ruzi Qiyaslı, Maksim Vaylo, Orxan Qurbanlı, Orxan Bəşirov, Etibar Süleymanov, Mirabdulla Abbasov, Məhəmməd Qurbanov, Elçin Əsədov.
