AZAL Neftçalaya qalib gəlib, ikinci oldu
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, doqquzuncu oyun günündə də bir görüş baş tutub.
Bu dəfə AZAL birinci divizion klubu "Neftçala" ilə üz-üzə gəlib. Qarşılaşma elita təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. Nəticədə, Tərlan Əhmədovun komandası yarışın gümüş medallarına sahib çıxıb.
Qeyd edək ki, bir gün öncə "Neftçi" çempionluğu özü üçün təmin etmişdi.
Turnirə sabah keçiriləcək "Şərurspor" - MOİK görüşü ilə yekun vurulacaq.
19 yanvar
AZAL - "Neftçala" - 3:1 (2:0)
Qollar: Aleksandr Quruli, 10-pen. (1:0). Məhəmməd Bədəlbəyli, 33 (2:0). Məhəmməd Bədəlbəyli, 78-pen. (3:0). Aqşin Həşimov, 86 (3:1).
Bakı. "Bayıl Arena".
Əvvəlki oyunların nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2
AZAL - MOİK - 2:0
“Neftçi” - “Neftçala” - 1:1
AZAL - "Şərurspor" - 3:2
MOİK - "Neftçi" - 1:2
MOİK - "Neftçala" - 1:1
"Şərurspor" - "Neftçi" - 2:3
Turnir cədvəlindəki vəziyyət belədir: "Neftçi" - 10 (4 oyun), AZAL - 9 (4), "Neftçala" - 3 (4), "Şərurspor" - 1 (3), MOİK - 1 (3).
