23 yanvar 2016 00:40
Qəbələ Antalya toplanışının 13-cü gününü iki məşqlə başa vurdu
2015/16 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 13-cü gününü 2 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında reallaşan ilk məşq prosesi günün birinci yarısında fitnes zalında baş tutub.
Məşqdə komanda əsasən topsuz çalışmalar və müxtəlif fiziki terminlər yerinə yetirib. Günün ikinci yarısında isə “qırmızı-qaralar”ın növbəti məşqi baş tutub. Komanda toplu çalışmalarla hazırlıq keçib. (klub saytı)
