23 yanvar 2016 00:15
Qarabağdan Çumbinyo ilə bağlı rəsmi açıqlama
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"da daha bir dəyişiklik olub. Azerisport.az xəbər verir ki, 2013-cü ilin yayından Ağdam klubunun sıralarında olan Çumbinyo ilə qarşılıqlı şəkildə yollar ayrılıb.
Braziliyalı yarımmüdafiəçi 2,5 mövsüm "Qarabağ"ın uğurları üçün tər töküb. Bu komandanın heyətində 2 dəfə ölkə çempionu olub, 1 dəfə kuboka sahib çıxıb.
"Qarabağ" Çumbinyoya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. (klub saytı)
