23 yanvar 2016 00:05
Yaşar Vahabzadə Ukrayna üzərində qələbədən danışdı
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə Türkiyədə təşkil olunan Antalya Kuboku çərçivəsində Ukraynaya qarşı keçirilmiş oyunu (2:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunçular bir qədər yorğun görünürdülər. Çünki klublarında çox yükləniblər. Bütövlükdə, komandadan razı qaldım. İlk oyun olduğundan gərginlik hiss olunurdu. Ukrayna yığması güclü komandadır. Bu gün də yaxşı futbol sərgilədilər. Komandamız ikinci hissədə daha yaxşı təsir bağışladı. Heyətdə yeni futbolçular da var idi".
