22 yanvar 2016 20:00
Hafiz Məmmədov Lansı Madrid Atletikosuna satır?
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubu İspaniyanın "Atletiko" klubu tərəfindən alına bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Fransanın məşhur "L’Equipe" nəşri Madrid klubundakı adı çəkilməyən mənbəyə istinadla çıxış edib.
Qeyd olunur ki, "Atletiko"nun baş direktoru Anhel Gil Marin artıq Hafiz Məmmədovla bütün məsələlərdə razılığa gəlib. Bu satışın sadəcə, rəsmiləşməsi və "Lans"ın prezidenti Jerve Martelin razılıq verməsi qalır.
