22 yanvar 2016 18:40
Sezar Meza Kolli yenidən İnterdə
"İnter" rəhbərliyi Sezar Meza Kolli ilə əməkdaşlığı bərpa edib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda Antalyada komanda ilə birlikdə məşq edən paraqvaylı futbolçu cari ilin iyun ayınadək "İnter"in uğurları üçün çalışacaq.
