22 yanvar 2016 18:20
Mirabdulla Abbasov: Əsas heyətdə yer almağım üçün bu iki qol azdır
AFFA və PFL tərəfindən təşkil olunmuş mini turnir çərçivəsində keçirilmiş “Neftçi” – “Şərurspor” oyununda (3:2) iki qola imza atmış paytaxt klubunun hücumçusu Mirabdulla Abbasov fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Çox şadam ki, bu turnirin qalibi olduq. Mənəvi baxımdan bu faydalı bir qələbədir. Vurduğum iki qola gəlincə isə, komanda yoldaşlarıma minnətdaram. Əsas heyətdə oynamaq istəyirəm, amma bilirəm ki, ilk 11-likdə mütəmadi yer almaq üçün bu iki qol azdır”.
