22 yanvar 2016 18:00
AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edir
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol təşkilatının üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyan iclas keçirilir. Azerisport.az xəbər verir ki, yanvarın 21-də və 22-də növbəti iclasını keçirən UEFA-nın İcraiyyə Komitəsi qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verib.
FIFA prezidenti vəzifəsinə namizəd Gianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edir. (AFFA)
