22 yanvar 2016 17:20

Ermin Zets: Bu çətinliklərə bir qədər dözmək lazımdır

"Qəbələ"nin hücumçusu Ermin Zetsin azerisport.az saytına müsahibəsi

- Türkiyə toplanışı necə gedir?
- İki həftədir hazırlıq keçirik. Bu müddət ərzində yaxşı işlər görmüşük. İki yoxlama oyunu keçirmişik. "Sürix"lə son sınaq matçımız çox uğurlu alındı və 4:0 hesabıyla qalib gəldik. Fikrimcə, düzgün yoldayıq. Bu cür hazırlıq çempionatda komandamıza ancaq fayda verəcək.

- "Osnabryuk"la ilk oyunda (1:1) qol vurmağınız sizin yaxşı formada olduğunuzu deməyə əsas verir?
- Özümü yaxşı hiss edirəm. Zədə olmasa, üçüncü dövrənin ilk turuna qədər tam hazır olacağam. Mövsümün ikinci hissəsini yaxşı keçirmək istəyirəm.

- Amma mövsümün geridə qalan hissəsini uğurlu keçirdiyinizi demək olmaz. Razısınız?
- Mən komandaya gec qoşulmuşdum, toplanışda iştirak etməmişdim. Daha sonra zədə aldım. Ona görə də mövsümün geridə qalan hissəsini uğurlu keçirə bilmədim. Bundan sonra daha çox oynamaq istəyirəm və ümid edirəm ki, hər şey yaxşı olacaq.

- Reynaldo və Almeyda kimi futbolçuları da qabaqlamaqla Azərbaycanda ən bahalı futbolçu hesab olunursunuz. Bu üzdən sizdən daha çox şey gözlənilir...
- Bundan xəbərim yoxdur. Heç Azərbaycanda ən bahalı futbolçu olduğuma diqqət də yetirməmişəm. Mən sadəcə, tam hazır olmaq və komandama fayda vermək istəyirəm.

- Azərbaycandakı məlum böhrandan sonra ölkə futbolunda ciddi problemlər yaranıb. Sizin buna münasibətiniz necədir?
- Bu, təkcə futbolda yox, bütövlükdə, ölkə üçün pis oldu. Hər şey yenicə başlayıb, amma klublar artıq böhrandan ciddi əziyyət çəkir. Fikrimcə, bütün bu çətinliklərə bir qədər dözmək lazımdır.

- "Qarabağ"la "Qəbələ"dən başqa digər klubların hamısı büdcəni azaltmaq məcburiyyətində qalıb. Sizə elə gəlmir ki, layiqli rəqiblərinizin olmaması sizin də çıxışınıza təsirini göstərəcək? Çünki əksər klublarda indi futbolçular 300-400 manat maaş alırlar.
- Bu, böyük problemdir. Amma bu barədə danışmaq mənə bir qədər çətindir. Çünki legioner futbolçuyam. Ümid edirəm ki, tezliklə hər şey əvvəlki kimi olacaq.

- Belə davam etsə, həm də sizin səviyyənizdə olan futbolçular da Azərbaycana gəlməkdən imtina edəcək...
- (gülür) Hər şey ola bilər. Ümid edirəm ki, hər şey o qədər pis olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.