22 yanvar 2016 17:00
Tounkara Xəzər Lənkəranı Kipr klubuna dəyişdi
"Xəzər Lənkəran"dan ayrılan Sadio Tounkara özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, 24 yaşlı malili futbolçu karyerasını Kipr çempionatında davam etdirəcək.
O, bu ölkənin "Enosis" klubu ilə anlaşıb. Bu komanda hazırda Kipr çempionatında 19 turdan sonra 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Tounkara "Xəzər Lənkəran"da 2012-ci ilin fevral ayından çıxış edirdi.
