22 yanvar 2016 16:20
Krasnodarın müdafiəçisi Qarabağda
Azərbaycanın U-19 yığmasının müdafiəçisi Elgün Uluxanov karyerasını "Qarabağ"da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, mövsümün əvvəlini Rusiyanın "Krasnodar" klubunda keçirən futbolçu hazırda Ağdam klubunun düşərgəsində baxışdadır.
Amma o, saytımıza açıqlamasında bu komandada qalıb-qalmayacağını dəqiqləşdirmədiyini deyib: "İndi "Qarabağ"da məşq edirəm, hər şey qaydasındadır. Komandada atmosfer çox yaxşıdır. Amma burada qalıb-qalmayacağımı bilmirəm. Bütün məsələlərə daha sonra aydınlıq gələcək".
