22 yanvar 2016 16:00
Rəvanın sabiq qapıçısı Dneprin heyətində
"Rəvan"ın sabiq qapıçısı Konstantin Maxnovski vətəni Ukraynaya qayıdıb. Azerisport.az xəbər verir ki, bu qış paytaxt klubundan ayrılan qolkiper Dnepropetrovsk "Dnepr"ində baxışdadır.
O, bu komandanın Almaniyanın "Frankfurt" klubu ilə yoxlama matçında (0:0) da iştirak etməyə imkan tapıb. Maxnovski birinci hissədə meydanda olub.
