22 yanvar 2016 14:40

Vidadi Rzayev: Görüləsi çox işimiz var

Bir müddət öncə “Kəpəz”in 19 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin edilən Vidadi Rzayev artıq işinin başındadır. Azerisport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis hər gün futbolçuları şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxarır.

Rzayev təyinatı və iş planı ilə bağlı klub saytına fikirlərini bölüşüb. O, öncə təyinatına münasibət bildirib: “Klub rəhbərliyi mənə 19 yaşlılarla işləməyi təklif etdi və mən də dəvəti qəbul etdim. Mənə etimad göstərənlərə, bu vəzifəyə layiq görənlərə minnətdarlığımı bildirirəm. Böyük etimad göstəriblər və ümidləri doğrultmağa çalışacağam. Özümü işin öhdəsindən gəlməyə hazır və qadir sayıram”.

Rzayev “Kəpəz” üçün yad sima deyil. O, futbolçu kimi Gəncə təmsilçisinin heyətində oynayıb, eləcə də karyerasını başa vurduqdan sonra məşqçi kimi komandada çalışıb. Üç müxtəlif vaxtda “Kəpəz”də çıxış etmiş Rzayev əsas komandada məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu klub birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub. Məşqçi kimi doğma klubu ilə hələ ki, nailiyyətə imza ata bilməsə də, oynadığı dövrlərdə Azərbaycan çempionu və ölkə kubokunun qalibi adını qazanıb: “Futbolu çox sevirəm, ömrümün yarısından çoxunu futbola həsr etmişəm. “Kəpəz”də həm oynamışam, həm də məşqçi kimi işləmişəm. Bu, çox xoşdur. Çətinliklərdən qorxan, çəkinən adam deyiləm. Meydança ilə bağlı bir az problemimiz var, inanıram ki, tezliklə bu da yoluna qoyulacaq. Rəhbərlik komandalara uyğun şərait yaratmaq üçün çalışır”.  

Rzayevin yeni qəbul etdiyi komanda ilə işi çox olacaq. U-19 çempionatda zəif təsir bağışladığından baş məşqçinin əsas vəzifəsi ilk növbədə kollektivi düşdüyü çətin vəziyyətdən çıxartmaqdır: “Görüləsi çox işimiz var. Amma çətinlikləri dəf edə biləcəyimizi düşünürəm. Komandaya baxıram, heyətdə yaxşı uşaqlar var. Məndən əvvəl komandada baş məşqçi işləmiş Fuad İsmayılov əlindən gələni edib. Fikrimiz aşağı yaş qruplarından komandaya yeni futbolçular dəvət etməkdir. 17 yaşlılara nəzər yetirmişəm, aralarında perspektivli oyunçular var. Onlarla işləmək həvəs yaradır. Bizdə yetişən, seçilən uşaqlar isə gələcəkdə əvəzedici heyətə və əsas komandaya dəvət ala bilərlər. Gənclərə yol açmaq, şans vermək lazımdır. Çalışacağıq ki, öz uşaqlarımız klubumuz üçün faydalı olsunlar”.

Sonda qeyd edək ki, Vidadi Rzayevin postunda çempionatda rəsmi debütü gələn aya təsadüf edəcək. Fevralın 10-da ikinci dövrənin ilk oyununda “Kəpəz” “Zirə” səfərində meydana çıxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.