22 yanvar 2016 14:20

Vaqif Cavadov: Bu, mənim üçün problem olmayacaq

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Türkiyəyə gəlməmişdən öncə heyətinə 4 yeni futbolçu – Vaqif Cavadov, Səlahət Ağayev, Nicat Muxtarov və Eltun Yaqublunu qatmışdı.

2006-cı ildən milli komandamızın şərəfini qoruyan Vaqif Cavadov “Sumqayıt”dakı çıxışından danışıb. 26 yaşlı futbolçu Türkiyədə baş tutan təlim-məşq toplanışını dəyərləndirərək keçirilmiş yoxlama oyunları haqqında açıqlama verib: “Artıq bir həftədir ki Türkiyədə təlim-məşq toplanışını davam etdiririk. Hər şey yüksək səviyyədə təşkil edilib. Gündə iki dəfə olmaqla hazırlıq keçirik. Fikrimcə, Antalyaya gəlməyimiz komandanın xeyrinə olacaq. Ölkə daxilində qalsaydıq yoxlama oyunları baxımından axsayardıq. Burada olduğumuz müddət də üç yoxlama matçı keçirmişik. Qarşılaşdığımız rəqiblər fiziki göstəriciləri yüksək olan komandalardır. Hər üç oyunu üstün oynasaq da, yalnız birində qələbə qazana bilmişik. Dünən məğlub olduğumuz İran çempionu “Sepahan”la görüşdə də uşaqlar baxımlı futbol nümayiş etdirdi, lakin məğlub olduq. Belə qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, çempionatın 3-cü dövrəsinə qədər yaxşı forma yığaq”.

Vaqif Cavadov komandaya uyğunlaşma haqqında suala belə cavab verib: “Uyğunlaşma baxımından heç bir problem yaşamadım. Sadəcə olaraq, baş məşqçinin göstərişi ilə mövqe dəyişikliyini vurğulaya bilərəm. Düşünürəm ki, bu da mənim üçün problem olmayacaq. Baş məşqçi Samir Abasova və komandaya kömək etməyə gəlmişəm. İnşallah mövsümün sonunda komanda yuxarı pillələrdə qərarlaşacaq. Bunun gerçəkləşməsi üçün yaxşı heyətimiz var”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.