22 yanvar 2016 14:00

Kamran Quliyev: Bu ayrılığa görə heç kim məyus olmadı

"Sumqayıt"ın prezidenti Kamran Quliyevin azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"ın ötən gün Türkiyə toplanışı çərçivəsində İran çempionu "Sepahan"a məğlubiyyətini necə qarşıladınız?
- Komandamızın oyunu xoşuma gəldi. Samir Abasov ilk dəqiqələrdən ikinci heyəti meydana buraxmışdı. Əsas heyət üzvlərindən yalnız Emin Mehdiyevlə Cəmil Hacıyev meydanda idi. İran təmsilçisi isə əsas heyətlə oynayırdı. Məğlub olsaq da, uşaqlar yaxşı çıxış etdilər.

- Bəs əvvəlki oyunlarla bağlı nə deyərdiniz?
- Öncə Qazaxıstan "Akjayık"ı (1:0) və Rumıniya "Voluntari"si (0:0) ilə qarşılaşmışdıq. Həmin oyunlara da baxmışam və razı qaldığımı deyə bilərəm.

- Bütövlükdə, komandanın toplanışından nə dərəcədə razısınız?
- Məşqçilər korpusunun qarşısına komandanı mövsümün qalan hissəsinə yaxşı hazırlamaq hədəfi qoyulub. Eyni zamanda yeni gələn futbolçuların heyətə uyğunlaşdırılması da əsas məqsədlərimizdəndir. Komandanın fiziki və psixoloji baxımdan yaxşı vəziyyətdə olması xüsusi sevindirir. Zədəsiz ötüşməyimiz də sevindirməyə bilməz. Bir sözlə, toplanışdan razıyam.

- Səlahət Ağayevlə Vaqif Cavadovun durumundan razısınız?
- Səlahət qapıda duranda meydan oyunçuları da özlərini rahat hiss edirlər, sakit oynayırlar. Səlahət "Sumqayıt"da yenidir. Vaqifə gəlincə, o da çox çalışır. Məşqlərdə və oyunlarda gənc futbolçulara məsləhətlərini verir. Fikrimcə, onun çempionatda bizə ciddi köməyi dəyəcək.

- Şahruddin Məhəmmədəliyevin klubunuzu tərk edib "Qarabağ"a keçməsi çox gözlənilməz oldu. Bu, onun qərarı idi?
- Biz onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik. Fikrimcə, bu ayrılığa görə heç kim məyus olmadı: nə biz, nə də o.

- Qarşıda sizi Rumıniya "Petrolul"u ilə daha bir oyun gözləyir. Ardından komanda vətənə qayıdacaq. Bəlkə toplanışın müddətini artırmaq lazımdır?
- Öncədən toplanışı yanvarın 16-dan 23-nə qədər nəzərdə tutmuşduq. Fikrimcə, bu müddəti artırmağın xüsusi bir əhəmiyyəti olmaz. Komandamız normal hazırlıq keçib. Evə dönüb, çempionata hazırlığı doğma meydanda davam etdirmək də həm plana, həm də məqsədə uyğun olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.