22 yanvar 2016 12:45
Qriqorçuk Paşayevlə bağlı qərar verməyib
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevlə bağlı qərar verməyə tələsmir. Azerisport.az saytına açıqlamasında o, Ukraynanın "Metallurq" (Zaporojye) klubundan dəvət etdikləri həmyerlimizlə bağlı bunları söyləyib:
"Paşayevlə bağlı hələ heç bir qərar verməmişik. Onun sırf bizə lazım olan futbolçu olduğuna əmin olmağımız üçün vaxt lazımdır".
