Sumqayıt son sınaq matçında Petrolulla heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Samir Abasov yetirmələrini Rumıniyanın "Petrolul" klubu ilə görüşdə sınayıb.
Qarşılaşmada hesabı rumınlar açıblar. Amma matçın sonlarında sumqayıtlılar məğlubiyyətdən yaxa qurtara biliblər. Beləcə, bu matç sülhlə bitib. Bununla da Türkiyə toplanışına yekun vuran "Sumqayıt" sabah vətənə qayıdacaq.
Xatırladaq ki, "Sumqayıt" əvvəlki yoxlama oyunlarında Qazaxıstanın "Akjayık" klubuna 1:0 hesabıyla qalib gəlib, Rumıniyanın "Voluntari" klubu ilə qolsuz heç-heçəyə razılaşıb, İran çempionu "Sepahan"a isə 1:2 hesabıyla uduzub.
Yoxlama oyunu
22 yanvar
"Sumqayıt" - "Petrolul" - 1:1 (0:1)
Qol: Pərdis Fərcad-Azad, 90 (1:1).
"Sumqayıt"ın start heyəti: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Murad Ağayev, Aleksandr Çertoqanov, Ağabala Ramazanov, Uğur Pamuk, Vaqif Cavadov, Amil Yunanov.
