22 yanvar 2016 12:15
Vahabzadə: Prosineçkinin oyunları izləməsi uşaqlar üçün əlavə stimul olmalıdır
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində iştirak edəcəkləri "Antalya Kuboku" ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əsas hədəfimiz uşaqları bir araya gətirmək, kimin hansı vəziyyətdə olduğunu görməkdir. Əsas millinin baş məşqçisi Robert Prosineçki də məşqlərimizi, oyunlarımızı izləyəcək. Bu, uşaqlar üçün əlavə stimul olmalıdır. Hədəf həmişəki kimi hər oyunda qələbə qazanmaq və yaxşı futbol sərgiləməkdir. Ukrayna yığmasına qarşı keçirəcəyimiz ilk oyunda qələbə qazanmaq istəyirik. Komandamızda yeni futbolçular var. Bu turnir onların özlərini göstərməsi üçün bir şansdır".
