Zirə Antalyanı qələbə ilə tərk edir
“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, “qartallar” toplanışın son günündə yoxlama oyununda qüvvəsini sınayıb.
Rəqib Rumıniyanın güclü klublarından “Tırqu-Mureş” olub. Baş məşqçi Adil Şükürov start heyətində Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tato, İqor İvanoviç, Nicat Qurbanov, Nurlan Novruzov və Nelson Bonillaya şans verib. Oyuna yaxşı başlayan zirəlilər tezliklə hesabı açıb. Təşkil olunan baxımlı hücumu Tato qolla tamamlayıb – 1:0. İkinci hissədə Rəşad Abdullayev, Vüsal İsgəndərli və Ruslan Poladov da meydana çıxıb. Fasiləyə qədər hesab dəyişməyib.
Fasilədən sonra “Tırqu-Mureş”li futbolçular nisbətən fəallığı artırıblar. Ancaq "Zirə" xüsusi ilə sürətli hücumlarla bir neçə dəfə hesabı artırmaq imkanı qazanıb. Son dəqiqələrdə Nurlan Novruzovun fərqlənməsinə qapı tiri imkan verməyib. Buna qədər isə Nelson və Rəşadın qarşısını qapıçı kəsib. Oyun "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Dieqo de Souza və Tərzin Cahangirov zədəli olduğu üçün, Təmkin Xəlilzadə isə xəstəlikdən sonra tam hazır olmadığından oyunda iştirak edə bilməyib.
Xatırladaq ki, "Zirə" əvvəlki yoxlama oyunlarında Qazaxıstanın "Ordabası" klubuna 1:4, Almaniya "Optik"inə isə 0:1 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
22 yanvar
"Zirə" - "Tırqu-Mureş" - 1:0
