22 yanvar 2016 11:15

Qəbələ Antalyaspora qalib gəldi

Yanvarın 16-dan Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, hazırlıq planında dəyişiklik edilən “qırmızı-qaralar” yerli “Antalyaspor”un əvəzedici heyəti ilə üz-üzə gəlib.

Baş məşqçi Ramin Quliyev bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Murad Popov, Murad Musayev, Tural Məmmərzayev, Amin Seydiyev, Yusif Nəbiyev, Emin Zamanov, Qismət Alıyev, Ramil Hasanov, Roman Hüseynov, Sahil Mirzəyev, Ülvi İbazadə.

Oyunun gedişində Ülvi İsgəndərov İbazadəni, Əziz İsmayılov Seydiyevi, Rövlan Muradov Mirzəyevi, Hacıağa Hacılı Zamanovu, Vəzir Musayev Məmmərzayevi əvəzləyib.
İlk dəqiqələrdən üstünlüyü ələ alan “Qəbələ” oyunun fasiləsinədək rəqib qapısından iki qol keçirib. Ramil Hasanovla Emin Zamanov fərqləniblər. Fasilədən sonra isə Rövlan Muradov antalyalıların qapısına yol tapıb. Türkiyə təmsilçisi bu üç qoldan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə, ilk oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun gənclərdən ibarət komandasına 0:1 hesabı ilə uduzan "Qəbələ"nin əvəzediciləri hazırlıqları 3:1 hesablı qələbə ilə tamamlayıb. Bu matçla yoxlama oyunlarını başa vuran komanda sabah - yanvarın 23-də vətənə dönəcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.