Neftçi Şərurspora da qalib gəlib, turnirin qalibi oldu
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, səkkizinci oyun günündə də bir görüş baş tutub.
Bu dəfə lider "Neftçi" birinci divizion klubu "Şərurspor"la üz-üzə gəlib. Qarşılaşma elita təmsilçisinin çətin qələbəsi ilə başa çatıb. Nəticədə, 4 oyuna 10 xal toplayan "Neftçi" mini turnirin qalibi adını qazanıb.
19 yanvar
"Şərurspor" - "Neftçi" - 2:3 (0:2)
Qollar: Ruslan Qurbanov, 10 (0:1). Mirabdulla Abbasov, 42 (0:2). Rəhman Musayev, 64 (1:2). Mirabdulla Abbasov, 76 (1:3). Rəhman Musayev, 79 (2:3).
Bakı. "Bayıl Arena".
Əvvəlki oyunların nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2
AZAL - MOİK - 2:0
“Neftçi” - “Neftçala” - 1:1
AZAL - "Şərurspor" - 3:2
MOİK - "Neftçi" - 1:2
MOİK - "Neftçala" - 1:1
Turnir cədvəlindəki vəziyyət belədir: "Neftçi" - 10 (4 oyun), AZAL - 6 (3), "Neftçala" - 3 (3), "Şərurspor" - 1 (3), MOİK - 1 (3).
