22 yanvar 2016 00:10

Elvin Camalov: Qarşımıza qoyduğumuz məqsəd yalnız çempionluqdur

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov bir neçə gündür komandanın hazırlıqlarından kənar qalıb. Azerisport.az xəbər verir ki, mövsümün ilk yarısında aldığı zədədən əziyyət çəkən gənc futbolçu artıq bu gündən fərdi məşqlərə başlayacaq.

Bir neçə gün hazırlıqlara qatılmayan Camalov durumunu klub saytına açıqlayıb: “Qarabağ”la Premyer Liqanın 18-ci turunun oyunundan sonra zədələnmişdim. Fasilə müddətində ağrıların arxada qalacağını düşünürdüm. 3 həftəyə yaxın fasilədən sonra bir araya gəldik. Toplanışın ilk 3 günündə komandayla birlikdə hazırlıq keçdim. Lakin sonra yenidən ağrılar hiss etdim. Komandamızın həkimi ilə məsləhətləşdik. 4-5 günlük fasilə verməyi məqsədəuyğun saydıq. Artıq sabahdan fərdi məşqlərə start verəcəyəm”.

Camalov gələn həftə start götürəcək mövsümün ikinci yarısı haqda fikirlərini də bildirib. O, hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan komandamızın hədəfinin çempionluq olduğunu və qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklərini qeyd edib: “Ötən il “Qəbələ” üçün uğurlu oldu. Bu il də həmin uğuru davam etdirmək istəyirik. Qarşımıza qoyduğumuz məqsəd yalnız çempionluqdur. Hazırda çempionatın lideri “Qarabağ”la aramızda 10 xallıq fərq var. Təlim-məşq toplanışında da fikrimizi çempionata daha yaxşı hazırlaşmağa yönəltmişik. Çalışırıq ki, mövsümün ikinci yarısına tam hazır olaq. İnanıram ki, 2016-cı ildə hamı tam fərqli, daha güclü “Qəbələ” görəcək. “Qarabağ”la xal fərqini də aradan qaldırıb, qızıl medallar qazanmaq uçun mübarizə aparacağıq. Klubun akademiyasının yetirməsi kimi “Qəbələ” ilə çempionluq hissi yaşamaq istəyirəm”.

Camalov “Qəbələ”nin heyətində 57 oyun keçirib. Bunlardan 47-si Premyer Liqa, 5-i Avropa Liqası, 5-i Azərbaycan kubokuna təsadüf edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.