22 yanvar 2016 00:00
Qəbələnin sabiq futbolçusu Kipr klubunda
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Georgi Floresku özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu bundan sonra Kipr çempionatında çıxış edəcək.
Belə ki, o, "Omoniya"ya keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Floresku mövsümün ilk yarısını "Qəbələ"də keçirib.
