21 yanvar 2016 17:00

Faiq Hüseynov: Millimiz qələbə qazananda, məni də təbrik edirlər

Vaxtilə "Neftçi" və Azərbaycan yığmasında çalışmış Faiq Hüseynov son on ildə Birləşmiş Ərəb Əmirliklərində işləyir. Azerisport.az saytına müsahibəsində idman masajisti öz karyerasından danışıb, digər sualları cavablandırıb.

- Çoxdan idi sizinlə söhbətləşmirdik. Karyeranız necə gedir?
- Maraq göstərdiyiniz üçün çox sağ olun. Son ildir ki, elə Dubayın "Əl-Əhli" klubunda işləyirəm. Prinsipcə, karyeramın kifayət qədər sabit olduğunu demək olar.

- İndiki komandanızda hansı uğurlarınız var?
- Asiya Çempionlar Liqasının son mövsümündə klubumuz finala qədər irəlilədi, yalnız final oyununda Çinin "Quanqjou Everqrand" klubuna uduzduq. Hansı ki, bu komandanı tanınmış Luis Felipe Skolari çalışdırır. İndi BƏƏ-də çempionluq uğrunda mübarizə aparırıq. Lider "Əl-Əyn"dən 3 xal geri qalırıq. Ümid edirəm ki, bu mövsüm də bizim üçün uğurlu bitəcək və çempion olacağıq.

- Səhv etmiriksə, ötən il Azərbaycana da gəlmişdiniz, Avropa Oyunlarını izləmişdiniz...
- Bəli, iyunda istirahətə buraxılarkən Bakıya gəlmişdim. Həmin vaxt Avropa Oyunlarına baş çəkərək voleybol, basketbol və çimərlik futboluna da baxdım.

- Təsadüfən, vətənə dönmək istəmirsiniz? Ya peşəkarlığa qiymət verilən xaricdə qalmaq daha yaxşıdır?
- Vətənə dönməyi həmişə arzulamışam. Eyni zamanda peşəkarlığın da hər yerdə qiymətləndirildiyini düşünürəm. Bu, həm bizim futbolda, həm də xaricdə belədir. Fikrimcə, indi bizim klublarda da peşəkar masajçılar kifayət qədərdir.

- "Neftçi"dəki, yığma komandamızdakı köhnə iş yoldaşlarınızdan hansı ilə əlaqələriniz qalır?
- Həm "Neftçi"də, həm də yığmada çalışdığım insanların demək olar ki, hamısı ilə əlaqə saxlayıram. Millimiz Dubaya təlim-məşq toplanışına gələrkən, onların hər matçını izləyirdim. Ən çox əlaqə saxladığım insan isə təbii ki, müəllimim Boris Xetaqurovdur. Ona yeni ildə can sağlığı arzulayıram. Eşitdiyimə görə indi klubsuzdur. Bu, çox pisdir. Belə mütəxəssislərdən yararlanmaq lazımdır.

- Azərbaycan futbolu Dubaydan necə görünür?
- Əlbəttə, Azərbaycan futbolu burada çox az adama tanışdır. Burada bütün diqqət Asiyaya yönəlib. Yığmamız uğurlu çıxış edəndə məni təbrik edirlər. Azərbaycan futbolunun əsas uğrularından biri klublarımızın avrokuboklarda sabit çıxış etməyə başlamasıdır. Amma təəssüf ki, millimiz bizi tez-tez sevindirə bilmir.

- Sosial şəbəkələrdə paylaşdığınız fotolara nəzər saldıqda görürük ki, tez-tez müxtəlif ulduz futbolçularla görüşürsünüz. Onlardan hansı ilə görüş sizin üçün daha yaddaqalan olub?
- Bu illər ərzində çoxlu futbolçu və məşqçi ilə tanış olmuşam. Əlbəttə, Fabio Kannavaro kimi ünlü bir futbolçu ilə çalışmaq çox xoşdur. Vaxtilə Dubayın başqa bir klubunda əfsanəvi Dieqo Maradona çalışırdı. Başa düşürdüm ki, onunla şəkil çəkdirmək oyundan öncə daha yaxşı olar. Çünki oyundan sonra ona yaxın düşmək olmur. Üstəlik, bu illər ərzində onun da şahidi oldum ki, futbolçu və məşqçi nə qədər tanınmışdırsa, onunla çalışmaq bir o qədər asandır. Çünki onlar gördükləri işdən həzz alırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.