21 yanvar 2016 15:20
Şandor Eqervari: Qarabağ layiqli qələbə qazandı
Macarıstanın "Diosqyor" klubunun baş məşqçisi Şandor Eqervari Türkiyə toplanışı çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında 0:4 hesablı məğlubiyyətləri ilə bağlı bunları söyləyib:
"Birinci hissədə çox yaxşı oynadıq. Amma hər iki hissədə "Qarabağ"ın böyük üstünlüyə yiyələndiyi 15 dəqiqəlik müddət oldu. İkinci hissədə çoxlu əvəzetmə oldu ki, bu, oyunumuza təsirsiz ötüşmədi. Lakin rəqib daha yaxşı təsir bağışladı və qollar vuraraq, layiqli qələbə qazandı".
