21 yanvar 2016 13:45
Kəpəz Bakı toplanışına başladı
Yevlax toplanışından sonra iki günlük istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, komanda Bakıda hazırlıq keçir.
Gündə bir dəfə məşqə çıxan “sarı-göylər” “Dalğa Arena”da hazırlaşır. Məşqçilər korpusu paytaxtda texniki və taktiki çalışmalara diqqət ayıracaq.
Xatıraldaq ki, komanda Bakıda iki yoxlama oyunu keçirəcək. Nizami yurdunun təmsilçisi yanvarın 23-də “Neftçi”, ayın 26-da isə “Ağsu” ilə qarşılaşacaq. (klub saytı)
