21 yanvar 2016 12:30
Simurqun sabiq baş məşqçisi Ermənistan klubunda
"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran bundan sonra karyerasını Ermənistanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, bu ölkənin "Mika" klubunun baş məşqçisi təyin olunub.
Hazırda bu komanda ölkə çempionatında sonuncudan əvvəlki - 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Yuran hazırda fəaliyyətini dayandıran "Simurq"da 2011/12 mövsümündə çalışmışdı.
