21 yanvar 2016 11:30
Çumbinyo Qarabağdan gedə bilər
Azərbaycan çempionu "Qarabağ" aparıcı futbolçularından biri - Çumbinyo ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun Yunanıstan Super Liqasında çıxış edən klublarından birinin ona sərfəli təklif irəli sürməsidir.
Həmin klubun adı açıqlanmır. Amma artıq iki gündür tərəflər arasında danışıqların getdiyi bildirilir. Böyük ehtimalla, tərəflər bu gün yekun qərara gələcəklər. (Sportal)
