21 yanvar 2016 11:15
Millinin məşqçiləri daha 4 oyuna baxıb
Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç daha dörd oyun izləyib. Azerisport.az xəbər verir ki, onlar “İnter” – “Slovan” (Bratislava, Slovakiya), “Zirə” – “Optik” (Almaniya), “Qarabağ” – “Diosgyor” (Macarıstan) və “Qəbələ” – “Sürix” (İsveçrə) oyunlarına baxıblar. (AFFA)
