21 yanvar 2016 11:00
Yığmamız Ukrayna, Albaniya və Bəhreynə qarşı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi “Antalya Cup” turnirinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, millimiz Ukrayna, Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn yığmaları ilə qarşılaşacaq.
Yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
22 yanvar. Saat 19:00
Azərbaycan U-21 – Ukrayna U-21
“Arcadia” otelinin “C” meydançası
24 yanvar. Saat 17:00
Azərbaycan U-21 – Səudiyyə Ərəbistanı U-20
“Arcadia” otelinin “C” meydançası
26 yanvar. Saat 13:00
Azərbaycan U-21 – Albaniya U-21
“Su Səsi” otelinin “A” meydançası
28 yanvar. Saat 13:00
Azərbaycan U-21 – Bəhreyn U-20
“Su Səsi” otelinin “A” meydançası
(AFFA)
