21 yanvar 2016 14:55
Birinci divizion klubları sülh bağladılar
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, yeddinci oyun günündə də bir görüş baş tutub.
Bu dəfə iki birinci divizion klubu üz-üzə gəlib. Belə ki, MOİK "Neftçala" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada iki qol vurulsa da, qalib müəyyənləşməyib.
19 yanvar
MOİK - "Neftçala" - 1:1 (0:0)
Qollar: Fərmayıl Əliyev, 54 (0:1). Röyal Nəcəfov, 78-pen.
Bakı. "Bayıl Arena".
Əvvəlki oyunların nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2
AZAL - MOİK - 2:0
“Neftçi” - “Neftçala” - 1:1
AZAL - "Şərurspor" - 3:2
MOİK - "Neftçi" - 1:2
Turnir cədvəlindəki vəziyyət belədir: "Neftçi" - 7 (3 oyun), AZAL - 6 (3), "Neftçala" - 3 (3), "Şərurspor" - 1 (2), MOİK - 1 (3).
