20 yanvar 2016 22:45
Samir Abasov: Fiziki göstəriciləyi yüksək olan rəqibə qarşı oynadıq
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyə toplanışı çərçivəsində Rumıniyanın "Voluntari" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
“Antalyada ikinci yoxlama oyunumuza çıxdıq. Fiziki göstəriciləri yüksək olan bir komandaya qarşı oynadıq. Maraqlı qarşılaşma oldu. Əvvəlki yoxlama oyununda iki heyət oynatsam da, bu qarşılaşmada cəmi 3 dəyişikliyə əl atdım. Düşünürəm ki, növbəti iki yoxlama oyunundan sonra komanda tam hazır vəziyyətə gələcək”.
