Pərdis Fərcad-Azad: Sepahan ilə oyun mənim üçün xüsusi əhəmiyyət daşıyır
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad komandasının Türkiyə toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyə toplanışımız yaxşı keçir. Komandada yaxşı atmosfer var. İlk yoxlama oyununda Qazaxıstan "Akjayık"ı ilə qarşılaşdıq. Bizim üçün yaxşı oyun oldu. Şadam ki, bu oyunda qələbə qolunu vurmağı bacardım, komandama qələbə qazanırdım. Baxmayaraq ki, qolu penaltidən vurdum. Digər tərəfdən yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Əsas yaxşı hazırlaşmaqdır. Qarşıda İran "Sepahan"ı ilə də oyunumuz var. Bu görüş mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən də bu ölkədənəm. Ümid edirəm ki, mövsümün qalan hissəsinə yaxşı hazırlaşacağıq və avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə apara biləcəyik".
