20 yanvar 2016 18:30
Emin Quliyev: Ermənilər həm oyunda, həm də oyundan sonra layiqli cavablarını aldılar
"Neftçi"nin sabiq müdafiəçisi Emin Quliyev 11 il öncə keçirilmiş Birlik Kuboku çərçivəsində Ermənistan "Pünik"i üzərində qazandıqları 2:0 hesablı qələbəni yada salıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə oyunu necə unutmaq olar? Xüsusilə oyundan bir gün əvvəlki həyəcanı unutmaq mümkünsüzdür. Motivasiya ən yüksək həddə idi. Hər şey bizim üçün yaxşı nəticələndi. Həmin görüşdə erməniləri cəzalandırdıq. Oyundan sonra ermənilər o qədər əsəbi idilər ki, oteldə də dava saldılar. Amma orada da layiqli cavablarını aldılar".
