20 yanvar 2016 15:00
Amil Yunanov: Qəbələ bizə motivasiyanı qaldırmaq baxımından vacib idi
"Sumqayıt"ın hücumçusu Amil Yunanov komandasının Türkiyə toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyə toplanışına qələbə ilə başlamaq çox vacib idi. Qazaxıstan "Akjayık"ına 1:0 hesabıyla qalib gəldik. Rəqib pis oynamadı. Amma biz qələbə qazanmağı bacardıq. Əlbəttə, yoxlama oyunlarında qələbə o qədər də önəm daşımır. Sadəcə, motivasiyanı yaxşılaşdırmaq baxımından bunun əhəmiyyəti böyükdür. Bu, komandada qələbə ruhunu qaldırmağa kömək edir. Toplanışımız plana uyğun davam edir. Məşq edirik, növbəti oyunlara hazırlaşırıq".
