20 yanvar 2016 14:40
Orxan Əliyev: XL düzgün etmədi
"Xəzər Lənkəran"ın sabiq forvardı Orxan Əliyev beş futbolçunun komandadan kənarlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim fikrimcə, "Xəzər Lənkəran" rəhbərliyi klubun beş yetirməsini komandadan uzaqlaşdırmaqla düzgün etmədi. Klub onların pulunu ödəməli və komandaya qaytarmalıdır. Bu, "Xəzər Lənkəran"ın ancaq xeyrinə olar".
