20 yanvar 2016 14:20
İnter AZAL-ı darmadağın etdi
"İnter"in ikinci komandası təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün Rüstəm Əliyevin yetirmələri AZAL-ın əvəzedici heyəti ilə qarşılaşıb.
Oyundan öncə komandalar 20 Yanvar faciəsində həlak olmuş həmvətənlilərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Futbolçular isə meydana qollarında qara sarğı ilə çıxıblar.
"İnter Arena"da baş tutan oyun 4:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. "İnter"in heyətində Ramil Mansurov (2), Yuri Fomenko və Süleyman Əhmədov fərqləniblər.
