20 yanvar 2016 13:40

Dmitri Kramarenko: Mixail Peskoviçin qalıb-qalmayacağı hələ bəlli deyil

"Neftçi"nin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi

- Mövsümün qalan hissəsinə hazırlıq necə gedir?
- Normal. Uşaqlar çalışırlar. Düzünü deyim ki, hazırlıq prosesində Türkiyəyə toplanışa getməməyimiz hiss olunmur. Ölkəmizdə elə vəziyət yaranıb ki, komandamız da buna tam adekvat addım atdı. Bunda təəccüblü heç nə yoxdur. Bakıda yaxşı hava hökm sürür. Optimal şəraitimiz var. Meydança da idealdır. Yaxşı turnirdə iştirak edirik. Gənc futbolçularımızı da sınaqdan keçirmək imkanımız var.

- Amma birinci divizion klubları ilə çətinliklə bacarırsınız...
- Bu da normaldır. Ötən gün MOİK-ə qalib gəldik. "Neftçala" ilə oyunda isə səkkiz meydan oyunçusu ilə mübarizə aparmaq məcburiyyətində qalmışdıq.

- Dekabrda Mixail Peskoviçin komandadan göndəriləcəyi deyilirdi...
- Bu məsələ hələ həllini tapmayıb. Onun müqaviləsində elə bənd varki, bunun həll olunması vacibdir. Bir sözlə, Peskoviçin qalıb-qalmayacağı bəlli deyil.

- Klubunuz buna görə Kamran Ağayev və Səlahət Ağayevlə danışıq aparmadı?
- Biz bu qapıçıların nəyə qadir olduğunu yaxşı bilirik. Əslində, ölkəmizdə yaxşı qapıçıların sayı elə də çox deyil. Kamran, Səlahət və bizim Aqil Məmmədov. Aqil pis çıxış etmir. Kamranla Səlahətin də hansınısa komandaya dəvət etsəydik, iki ən yaxşı qapıçıdan birini ehtiyatda saxlamalı olacaqdıq. Bunu etməyə isə səbəb görmürəm.

- Deməli, Aqil Məmmədovu tələf etməmək üçün buna getmədiniz?
- Məsələ bunda da deyil. Belə bir imkan mövsümün əvvəlində olsaydı, bəlkə də onlardan hansınısa transfer etmək olardı. Amma indi sabit çıxış edən qapıçımız varsa, başqa qolkiper axtarmaqda məna görmürəm.

- Akademiyanızda çalışan Hüseyn Məhəmmədov niyə getdi?
- Klubun öz kodeksləri var. Belə məsələləri rəhbərlik həll edir. Bu qərarı müzakirə edə bilmərəm. Hüseyni çoxdan tanıyıram. Biz onunla birgə oynamışıq. Öz işini yaxşı görən insandır. Bu baxımdan ona irad bildirmək olmaz. Amma təəssüf ki, hər şey belə alındı.

- Manatın devalvasiyası barədə nə düşünürsünüz?
- Asan vəziyyət deyil. Amma hər şey o dərəcədə pis də deyil. Faciəvi heç nə olmayıb. Sadəcə, "Xəzər Lənkəran", "Bakı" kimi klubların belə vəziyyətə düşməsi məyus etməyə bilməz. Bütün bunlara dözmək lazımdır. Bu vəziyyət təkcə Azərbaycanda deyil. Məsələn, Rusiyada çalışan Emin Ağayevlə söhbətləşirəm. Onun dediyinə görə, Rusiya Premyer Liqası istisna olmaqla qalan bütün liqalarda vəziyyət çox acınacaqlıdır. Ümid edirəm ki, bütün bu çətinliklərə baxmayaraq, öz səviyyəmizi qoruyub saxlaya biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.