Qəbələ də Sürixə 4 qolla qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk komandasını İsveçrə "Sürix"i ilə görüşdə sınaqdan keçirib.
Qarşılaşma komandamız üçün uğurlu alınıb. İlk yarıda bir qol vuran qəbələlilər fasilədən sonra rəqib qapısından daha üç top keçirərək, böyük hesablı qələbəyə sevinib.
Xatırladaq ki, "Qəbələ" Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın "Osnabryuk" klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunu
20 yanvar
"Qəbələ" - "Sürix" - 4:0 (1:0)
Qollar: Vadim Abdullayev, 27 (1:0). Aleksey Antonov, (2:0). Aleksey Antonov, (3:0). Samir Zərgərov, (4:0).
“Qəbələ”: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Voyislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Sergey Zenyov, Ermin Zets, Dodo.
