20 yanvar 2016 12:40
Reynaldo və Qara Qarayev 20 yanvar şəhidlərini andı
"Qarabağ"ın futbolçuları Reynaldo və Qara Qarayev 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciənin qurbanlarını yad ediblər. Azerisport.az xəbər verir ki, həm braziliyalı futbolçu, həm də Qara sosial şəbəkədəki hesabında buna dair şəkil yerləşdirib, xalqımıza başsağlığı verib.
Qeyd edək ki, "Qarabağ" hazırda Antalyada təlim-məşq toplanışındadır.


