20 yanvar 2016 12:20
Levski Qəbələyə əvəz tapdı
Bolqarıstanın "Levski" klubu "Qəbələ"nin əvəzində özünə başqa rəqib tapıb. Azerisport.az xəbər verir ki, Sofiya təmsilçisi Azərbaycan klubu ilə qarşılaşmağı planlaşdırsa da, bu, baş tutmayıb.
Əvəzində "Levski" Qazaxıstanın "Tobol" klubu ilə razılığa gəlib. Həmin oyun yanvarın 23-də Antalyada baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində daha iki oyun keçirməyi planlaşdırır. Bu gün İsveçrə "Sürix"i ilə üz-üzə gələcək Roman Qriqorçukun komandası yanvarın 24-də Ukrayna "Dnepr"i ilə qarşılaşacaq.
