20 yanvar 2016 12:00
Qarabağ, Sumqayıt və Qəbələ qara sarğı ilə meydana çıxacaq
Türkiyədə təlim-məşq toplanışında olan klublarımızdan "Qarabağ", "Qəbələ" və "Sumqayıt" Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün növbəti yoxlama oyunlarını keçirəcək. Azerisport.az xəbər verir ki, təmsilçilərimizin hər biri meydana qara sarğı ilə çıxacaq.
Buna səbəb xalqımızın 20 yanvar faciəsinin 26-cı ildönümünü qeyd etməsidir. Xatırladaq ki, ötən gün "Zirə" də Almaniya "Optik"i ilə yoxlama oyununda qara sarğı ilə çıxmışdı.
