20 yanvar 2016 11:40

Mirzağa Hüseynpur: Samir Abasovun imtinası mənim pis futbolçu olduğum anlamına gəlmir

"Sumqayıt"dan ayrıldıqdan sonra "Xəzər Lənkəran"a keçidi gözlənilən hücumçu Mirzağa Hüseynpurun azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"dan ayrılmağınıza nə səbəb oldu?
- Klub rəhbərliyi və baş məşqçi belə qərar qəbul etdi.

- Az şans qazandığınızı düşünürsünüz?
- Təəssüf ki, bəli, az şans qazanırdım. Bunun da müəyyən qədər təsiri oldu.

- Yəni "Sumqayıt"ın məhz sizin vurduğunuz qol sayəsində "Qarabağ"a qalib gəlməsi də komandada qalmağınıza kömək etmədi?
- Həmin qol və qələbə doğrudan da yaddaqalan oldu. Oynadığım digər oyunlarda da komandaya faydalı olmağa çalışmışam. Amma buna baxmayaraq, təəssüf ki, mənimlə yolları ayırmağa qərar verdilər. Nə etmək olar? Futbolda belədir. Heç kimdən incimirəm.

- Bəs əsas problem nədə idi?
- Hər bir baş məşqçinin futbola öz baxışı var. Deməli, mənim oyun üslubum baş məşqçinin ürəyincə olmayıb. Bu, heç də mənim pis futbolçu olduğum anlamına gəlmir. Sadəcə, Samir Abasova başqa tipli futbolçu lazım idi.

- İndi yayda "Sumqayıt"a qayıtdığınıza görə təəssüflənmirsiniz?
- Xeyr. Fikrimcə, komandaya bu müddət ərzində faydalı ola bildim. Əsas budur.

- "Xəzər Lənkəran"dan dəvət almısınız. Artıq razılaşmısınız?
- Hələ "Xəzər Lənkəran"a keçməmişəm. Danışıqlar hələ davam edir. Bu üzdən də razılıq əldə etdiyimizi deməzdim.

- Başqa klublardan da təkliflər var?
- Bəli. Azərbaycandan, eləcə də Rusiya klublarından məni heyətində görmək istəyənlər var. Sabit çıxış edə biləcəyim komandanı seçəcəyəm. Mənə indi oyun təcrübəsi çox lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.