20 yanvar 2016 00:40
Yığmamızın baş məşqçisi AÇ öncəsi problemlərdən danışdı
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres fevralın 2-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlıqlarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasnda o, bunları söyləyib:
"Hələ ki, hər şey yaxşı gedir. Fiziki baxımdan hər şey yolundadır. Əsas çatışmazlığımız isə yoxlama oyunu keçirmək üçün normal rəqib tapa bilməməyimizdir. Yerli klublar arasında seçim aparırıq. Əlbəttə, bu, bizim üçün mənfi haldır. Amma digər tərəfdən bizim necə oynadığımızı heç kim bilməyəcək (gülür). Amadeo zədəli olduğuna görə bir müddət komanda ilə deyildi. Amma bu həftə o da bizə qoşulacaq. Vitali Borisov da hələ zədədən tam qayıtmayıb. Xüsusi proqram üzrə hazırlaşır".
