20 yanvar 2016 00:30

Qəbələ bu gün Antalyada 2-ci sınağına çıxacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yanvarın 10-dan Antalyada hazırlıq keçən Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

3 gün öncə Almaniyanın aşağı liqa təmsilçisi “Osnabryuk”la heç-heçə (1:1) edən “qırmızı-qaralar”ın bu dəfəki rəqibi zəngin tarixə malikdir. Belə ki, 1896-cı ildə yaradılan Sürix şəhərinin eyniadlı klubu bu il 120 yaşını qeyd edəcək. 12 dəfə ölkə çempionu olan komanda 8 dəfə İsveçrə kubokunu qazanıb. 2 dəfə UEFA Çempionlar Kubokunun yarımfinalına yüksələn “Sürix” ötən mövsüm ölkəsində bürünc medala yiyələnib. Finlandiya futbolunun əfsanələrindən olan Sami Hyuypiyanın baş məşqçisi olduğu “Sürix” cari mövsümün ilk yarısını uğursuz keçirib. 18 turdan sonra 17 xalı olan komanda 10 iştirakçı arasında 9-cudur. Cari mövsüm UEFA Avropa Liqasında çıxış edən sürixlilər III təsnifat mərhələsində mübarizəni dayandırıb.

Bu, “Qəbələ”nin İsveçrə klubları ilə ilk oyunu olacaq. Komanda indiyədək nə yoxlama, nə də rəsmi matçlarda bu ölkə təmsilçisi ilə üz-üzə gəlib. “Qəbələ” - “Sürix” matçı “Miracle” otelinin meydanında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Yoxlama oyunu
20 yanvar

19:00. “Qəbələ” – “Sürix” (İsveçrə)
“Miracle” otelinin stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.