20 yanvar 2016 00:25

“Kəpəzin ən böyük uğuru komandanın başına Şahin Diniyevin gətirilməsidir"

“Doğma klubumuzun elitaya qayıtması münasibəti ilə Gəncə futbolunun azarkeşlərini təbrik edirəm. “Kəpəz” oynadığı futbolla fanatları stadiona qaytarıb. Mən Gəncədə belə komandanın olmasına çox sevinirəm”. Azerisport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in saytına Hindistanda çalışan gəncəli məşqçi Etibar İbrahimov deyib.

Asiya ölkəsində 16 yaşlı oğlanlardan ibarət yığma komandanın məşqçisi vəzifəsində işləyən İbrahimov daha sonra sözlərinə bunları əlavə edib: “İnternet vasitəsi ilə komandanın çıxışını izləyirəm. Sevindiricidir ki, ev oyunlarında azarkeşlər stadionu doldururlar. Yalnız Gəncədə belədir. Bu, şəhərimizdə futbolun xüsusi yerinin olduğunu göstərir. Komandaya hərtərəfli dəstəyə görə klub rəhbərliyinə də "sağ ol" düşür”.

Vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında çalışmış mütəxəssisə “sarı-göylər”in heyətində çıxış edən gənc futbolçular yaxşı tanışdır. Belə oyunçulardan biri Budaq Nəsirovdur: “Şahin Diniyev yaxşı kollektiv yaradıb. Heyətə perspektivli futbolçular cəlb olunub. Bu mənada Budaq Nəsirov millidə işlədiyim dövrdən yaxşı tanıdığım futbolçulardan biridir. Onun oyunu məni sevindirməyə bilməz. Nəsirova uğurlar arzu edirəm. Əvəzedici heyətdən ara-sıra əsas komandaya çağırılan Əli Səmədova görə də çox şadam”.
 
Pro kateqoriyalı məşqçi Nizami yurdunun təmsilçisinin Premyer Liqada uğurlu çıxışında baş məşqçi faktorunu da irəli çəkib: “Kəpəz”in ən böyük uğuru komandanın başına Şahin Diniyevin gətirilməsidir. Onu uzun müddətdir ki, tanıyıram. Şahin müəllim minimumdan maksimum əldə edən məşqçilərdəndir. Diniyev öz hazırlıq planı ilə komandanı lazım olan kondisiyaya gətirib çıxa bilir. “Kəpəz”in turnir cədvəlində üst sıralardakı rəqibləri ilə xal fərqi də çox deyil. Komandanın maddi imkanları bir qədər güclü olsa, Gəncə klubu çempionatda həmişə mükafatlara iddia edə bilər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.