20 yanvar 2016 00:20
Qəbələ Antalyadakı 10-cu günü bir məşqlə başa vurdu
2015/16 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 10-cu gününü 1 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıq zamanı komanda əsasən toplu çalışmalara üstünlük verib, həmçinin müxtəlif fiziki terminlər yerinə yetirib. Hazırlıq prosesində yalnız zədəsi olan Elvin Camalov iştirak etməyib. (klub saytı)
