20 yanvar 2016 00:00

Zirə almanlara da məğlub oldu

“Zirə” Türkiyənin Antaliya şəhərində təşkil olunan təlim-məşq toplanışında ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın debütantı Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə qarşılaşıb.

Oyundan öncə "Zirə" tərəfindən 20 Yanvar faciəsi ilə bağlı kompaniya keçirilib. Üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızlar üç dildə hazırlanaraq, həm Almaniya təmsilçisinə, həm də "Zirə"nin futbolçularına təqdim edilib. Zirəli futbolçular meydana qara sarğıyla çıxıblar və oyundan öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla anılıb.

Oyuna gəlincə, “Zirə” meydana Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krneta, Aleksandr Şemonayev, Tellur Mütəllimov, Dieqo Souza, Vüqar Mustafayev, İqor İvanoviç, Rəşad Abdullayev, Vüsal İsgəndərli, Nurlan Novruzov “11-liyi” ilə çıxıb. Qarşılaşmanın əvvəllərindən “qartallar” üstünlüyü ələ alıblar. Təşkil olunan hücumlar zamanı bir neçə dəfə hesabı açmaq imkanı yaranıb. Hələ hissənin əvvəllərində Dieqo Souza zədələnərək meydanı tərk edib. Onun yerinə isə Tato oyuna daxil olub. Qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb. Oyunun 2-ci hissəsində baş məşqçi Adil Şükürov meydana Kamal Bayramov, Adil Nağıyev, Ruslan Poladov, Nicat Qurbanov, Tərzin Cahangirov və Nelson Bonilyanı buraxıb. Fasilədən sonra da üstünlük “Zirə”nin tərəfində olub. Ancaq çox keçməmiş rəqib oyun ərzində yaratdığı yeganə təhlükəli vəziyyətdən istifadə edərək hesabı açıb. Bundan sonra da təşəbbüs “qartallar”da olub. Amma futbolçular real qol vəziyyətlərindən yararlana bilməyiblər və oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə” toplanış zamanı son oyununu yanvarın 22-də Rumıniyanın “Tırqu-Mureş” klubuna qarşı keçirəcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.